Paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 25 ünvanındakı marketlərdən birində oğurluq olub.
Qaziler.az Xezerxeber.az-a istinadən məlumat verir ki, marketə oğurluğa girən şəxslər içində 13 500 manat pul olan seyfi oğrulayıblar.Hadisə gecə saatlarında baş verib.
Mağazanın mühasibi Vüqar Hacıyevin sözlərinə görə, gecə işdən ən son özü çıxıb. Səhər mağazaya gəlib müdir otağına keçərkən oğurluq olduğunu görüb.
Hadisə barədə dərhal ərazi üzrə 25-ci polis bölməsinə məlumat verib. Hadisə yerinə gələn polis müəyyən edib ki, oğrular marketdə ərzaq məhsuluna əl vurmayıblar. Onların niyyəti ancaq seyfdəki pulu oğurlamaq olub. Dəmir seyfin ölçüsü və ağırlığına görə polis hadisənin bir neçə şəxs tərəfindən törədildiyini ehtimal edir.
Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: