Bakıda tələbələr arasında kütləvi dava - 20 manata görə

Bakıda tələbələr arasında kütləvi dava - 20 manata görə backend

Binəqədi rayonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri arasında bıçaqlaşma ilə müşayiət olunan kütləvi dava olub.

Qaziler.az "Sputnik"ə istinadən xəbər verir ki, fevralın 27-də Talıb və 1997-ci il təvəllüdlü Quliyev Asim Nazim oğlu adlı iki tələbənin pul üstündə mübahisəsindən başlayıb. Talıb Asimdən 20 manat pul tələb edib və onu döyüb.
Münaqişə martın 1-nə qədər davam edib. Martın 1-də, gecə saat 00:10-da Talıb və onun 8 nəfərdən ibarət dəstək qrupu Binəqədi rayonundakı İsmayılov küçəsində təhqir edilmiş Asimin qohumları ilə toqquşub. Davaya Asimin qardaşı Rəşad Quliyev (1991-ci il təvəllüdlü), qohumları Abdullayev Röyal Məhərrəm oğlu (1989-cu il təvəllüdlü), Hüseynov Elnur Yusif oğlu (1989-cu il təvəllüdlü) və Abdullayev Vüsal Qasım oğlu (1991-ci il təvəllüdlü) gəlib. Bu davada Röyal Abdullayev və Elnur Hüseynov bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı polis bölməsinin əməkdaşları xuliqanlıqda şübhəli bilinən Novruzov Talıb Əsəd oğlunu (1996-cı il təvəllüdlü) və Əhmədov Eldar Elman oğlunu (1996-cı il təvəllüdlü) saxlayıblar. Davanın daha bir iştirakçısının 1995-ci il təvəllüdlü Mirmehdi Əsədov olduğu müəyyənləşdirilib. İnsidentin digər iştirakçılarının axtarışı davam edir.
Diaspora