Tbilisidə “Xocalıya ədalət“ şüarı ilə aksiya keçirilib

Tbilisidə “Xocalıya ədalət“ şüarı ilə aksiya keçirilib backend

Gürcüstan paytaxtı Tibilisidə fevralın 25-də "Borçalı İrəli" İctimai Birliyinin təşəbbüsü əsasında "Xocalıya ədalət" şüarı ilə aksiya keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları "Rustaveli" metro stansiyasınin qarşından Gurcüstan parlamentinin binasının qarşısına qədər yürüş ediblər.
Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını, müxtəlif plakatlar tutmuş gənclər "Qarabağa azadlıq", "Xocalıya ədalət", "Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun" və s şuarlar səsləndiriblər. Yol boyu şəhər ictimaiyyətinin nümayəndələrinə Xocalı soyqırımından bəhs edən bukletlər paylanılib. Gürcüstan parlamentinin deputatı Azər Süleymanov,
Gürcüstan Azərbaycalı Hüquqşunaslar Assosiasiyası, Gürcustan Azəbaycanlılari Milli Konqresi, Azəbaycanlılarin Mədəniyyət Mərkəzi, Azərbaycandan gəlmiş "Mərhəmət və kimsəsizlərə yardım" İB, Azərbaycanin işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinin mühafizəsi" İB, "Əsgər ailələrinə dəstək" İB də aksiyada iştirak ediblər. Aksiya iştirakçıları sonda NATO və Avropa İttifaqınin Gurcustandaki İnformasiya Mərkəzinə və Gürcüstan Qizıl Xaç Komitəsinə müraciət təqdim ediblər.
Diaspora