Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Bakıda həbsdə olan bloger Aleksandr Lapşinə baş çəkiblər.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə blogerin həyat yoldaşı bildirib.“Saşanı Qızıl Xaç Komitəsinin nümayəndələri ziyarət ediblər. Saşa sağ-salamatdır, normal şəraitdə saxlanılır. Qonşusu yoxdur”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşin üçün yeni vəkil də tutulub.
Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.