Dənizdə tapılan meyitin neftçinin olduğu aşkarlandı

Dənizdə tapılan meyitin neftçinin olduğu aşkarlandı backend

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, həmin meyit itkin neftçilərdən birinə məxsusdur.

Xəbər verdiyimiz kimi, fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu "Pirsaat" qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb. QAZİLER.AZ saytı sputnik.az-a istinadən xəbər veriri ki, tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması araşdırılıb. Dənizdən meyit tapıldı - itkin neftçilərdən biri ola bilər Və araşdırmanın ilkin nəticəsi məlum olub. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, həmin meyit itkin neftçilərdən birinə — 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğluna məxsusdur.

Qohumları üzərindəki əlamətlərdən V. Qurbanovu tanıyıblar. Bununla belə, araşdırmanın yekun nəticəsi yaxın müddətdə açıqlanacaq.
Diaspora