“Google” - xəritədə bir çox ərazilərimizin adı məhz bu formada, erməni sözləri ilə təqdim edilir.
Qaziler.az xəzərxəbər-ə istinadən bildirir ki, dünyanın nəhəng axırış sistemi olan “google” xəritəyə daxil olub. Ölkəmizin işğal altında olan yerlərinin adalarını yazan zaman qəribə bir mənzərə ortaya çıxır. Beləki, adların Azərbaycan versiyası ilə yanaşı erməni dilində dəyişmiş formasına rast gəlirik. Qarabağ müharibəsindən indiyə kimi isə Azərbaycana məxsus 700-dən çox yerin adı dəyişdirilib. Məsələdən Azərbaycanın Xarici İşlər Nazirliyi də xəbərdardır.Berdzor, Karvagar, Aqn, Varanda... Bunlar Azərbaycanın işğal altında olan ərazilərindən bir neçəsinin adıdır. “Google” xəritədə bir çox ərazilərimizin adı məhz bu formada, erməni sözləri ilə təqdim edilir.
Xəritəyə daxil olub, Azərbaycan ərazilərinin adlarını yazdığımız zaman ,ermənilərin qoyduqları qondarma adlar da ortaya çıxır. Hətta Azərbyacana məxsus olan bəzi yerlərin adları sadəcə erməni hərfləri ilə yazılıb.
Ermənişünas – araşdırmaçı İsmayıl Tanrıverdinin sözlərinə görə, ermənilər tərəfindən bu günə qədər təkcə Qarabağ ərazisində 120 məntəqənin adı dəyişdirilib. Bir çox yerin adı isə təhrif edilib.
İTK mütəxəssisi Osman Gündüz isə bildirir ki, xəritə xidməti təklif edən bir çox şirkətlərdə bu tipli problemlərlə rastlaşmaq mümkündür. Bunun əsas səbəbi isə ölkəmizdə həmin şirkətlərlə işləyən bir qurumun olmamasıdır.
Problemdən Azərbaycanın Xarici İşlər Nazirliyi də xəbərdardır. Nazirlik tərəfindən edilən müraciətlər hələlik nəticəsiz qalıb.