Goranboy sakini minaya düşüb

Goranboy sakini minaya düşüb backend

Goranboy rayonunun Zeyvə kənd sakini minaya düşüb, ayağı amputasiya olunub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə aprelin 15-də günorta saatlarında Goranboy rayonunun Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin yaxınlığında yerləşən Zeyvə kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Nurlan Müğəddin oğlu Kərimov minaya düşərək xəsarət alıb.

Yaralı dərhal Goranboy rayon Mərkəzi xəstəxanasına oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb.

N. Kərimovun sol ayağı amputasiya olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
Diaspora