Xalq artistinin qızı mərhum generalın oğluna ərə gedir

Xalq artistinin qızı mərhum generalın oğluna ərə gedir backend

Mərhum polis generalı Rasim Musayevin ailəsində toy olacaq.

Qaziler.az-ın Criminal.az-a istinadən məlumatına görə, generalın oğlu Tərlan Musayev tanınmış tərzan, xalq artisti Firuz Əliyevin qızı ilə ailə həyatı qurur. Nişan məclisi fevralın 13-də Bakının məhşur şadlıq saraylarından birində baş tutacaq.

F.Əliyevin digər qızı isə müğənni Emil Bədəlovla evlidir.

Qeyd edək ki, T.Musayev Binəqədi rayon Polis İdarəsində çalışır.

Xatırladaq ki, Rasim Musayev Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.

Rasim Musayev 3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat edib.
Diaspora