Jurnalist Azər Həsrət qanunsuz şəkildə yol polisi tərəfindən cərimə edilib. QAZİLER.AZ jurnalistin cərimə olunduğu ərazidə çəkdiyi video sujeti təqdim edir:
Şəxsən mən - Azər Həsrət 28 yanvar 2017-ci il saat 16-da Gənclik metrosunun McDonalds səmtində piyada yolu keçərkən qayda pozduğum üçün cərimə edildim. Cərimə mübahisəli olsa da heç bir dirəniş göstərmədən sənədimi təqdim etdim və xahiş etdim ki, protokol yazsınlar. Yazdılar. Bundan sonra polislərə dedim ki, indi geri qayıdıb oradan çəkiliş aparacam və mənim kimi yolu keçmək istəyənlərin niyə belə qayda pozmağa məcbur olduğunu göstərəcəm. Mən yolu geri keçəndən sonra polislər (DYP) maşını sürüb getdi. Yəqin videoda görünmək istəmədilər. Olsun. Mənim məqsədim maarifləndirmədən başqa bir şey deyil.