Rayon ərazisində qara görə 3 qəza hadisəsi baş verib, 6 nəfər xəsarət alıb
Bir müddətdir davam edən nisbətən mülayim hava şəraiti şaxta ilə əvəz olunub, bölgələrə qar yağıb.Xezerxeber.az məlumat verir ki, Şamaxıya yagan qar yollarda çətinlik törədib. Şamaxı-Pirqulu, Şamaxı-Ağsu magistral yolu buz örtuyunə bürünüb. Bu istiqamətdə hərəkət edən avtomobillərin sürücüləri əziyyət çəkib. Hətta bəziləri qəza törədib.
Rayon ərazisində qara görə 3 qəza hadisəsi baş verib, 6 nəfər xəsarət alıb.
Şamaxının dağlıq ərazilərdə 15-20 santimetrdən çox qar düşüb. Qarın ən çox düşdüyü yer isə Pirqulu qəsəbəsidir ki, bura təxminən 20-25 sm. qar yağıb.
Şəkidə qarın qalınlığı 7-8 sm olub. Avtomobil yollarında çətinlik olmayıb.
Quba Regional Hidrometrometrologiya müəssəsindən verilən məlumata görə, yanvarın 26-dan axşam saatlarından hava şəraiti dəyişib. Temperatur əvvəlki günlərlə müqayisədə 4-5 dərəcə aşağı enib. Qubada yagan qar yollara təsir etməyib. Qarın yağmasına sakinlər sevinib.
Belə hava şəraiti yanvarın 30-na kimi davam edəcək.