FHN-in qərargah rəisi: “Yanğından xilas edilən iki nəfərin vəziyyəti ağırdır“

FHN-in qərargah rəisi: “Yanğından xilas edilən iki nəfərin vəziyyəti ağırdır“ backend

Bu gün axşam saatlarında Bakının "Sovetski" kimi tanınan ərazisində üçmərtəbəli yaşayış binasında baş vermiş yanğının söndürülməsi üçün 13 yanğınsöndürən maşın və 90 nəfərə yaxın şəxsi heyət cəlb olunub”.

Qaziler.az “Report”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanğın ümumi həyət tipli bir tərəfi ikimərtəbəli, digər tərəfi üçmərtəbəli taxta konstruksiyalı mənzillərdə baş verib: “Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər sakin xilas olunub. Uçqunlar altında qalan bir nəfərin cəsədi aşkar olunub. Xilas edilən insanlardan ikisi qadın, digər ikisi isə kişi olub. Hazırda yataq xəstəsi olan iki nəfərin vəziyyəti ağırdır”.
Ə.Novruzov bildirib ki, yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır: “Təhqiqat işlərinin nəticəsindən asılı olaraq səbəblər məlum olacaq. İlkin ehtimal üçün müxtəlif səbəblər ola bilər. Yanğının tez yayılmasına səbəb evlərdə taxta konstruksiyaların çoxluq təşkil etməsidir".
Qərargah rəisi vurğulayıb ki, yanğınla bağlı çağırış 17.01 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinə daxil olub: “Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2 saylı çağırış elan olunaraq Bakı qarnizonu dərhal hadisə yerinə cəlb olunub”.
"Report"un hadisə yerində olan əməkdaşının əldə etdiyi məlumata görə, yanğın hadisə zamanı dünyasını dəyişən 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitovanın mənzilində baş verib.
Diaspora