Gəncə-Moskva reysində təhlükəli sərnişin

Gəncə-Moskva reysində təhlükəli sərnişin backend

Bu gün saat 15:30-a uçuşu planlaşdırılan Gəncə-Moskva reysi iki saat gecikib.

“Qafqazinfo” xəbər verir ki, buna sərnişinlərdən birinin təhlükəli şəxs olması ilə bağlı daxil olan məlumat səbəb olub.

Belə ki, Gəncədən Rusiyanın paytaxtına uçan 110 sərnişindən biri ilə bağlı Moskvadan təcili informasiya daxil olub. Bildirilib ki, şübhəli sərnişinin uçuşuna qadağa qoyulmalıdır.

Məlumatla bağlı Xüsusi təyinatlı qrup tərəfindən Gəncə aeroportunda əməliyyat keçirilib. Əməliyyata təlim görmüş itlər də gətirilib. Nəticədə, hərəkətdə olan təyyarə geri qaytarılaraq əlində göy çanta olan 25-26 yaşlı şübhəli saxlanılıb.

İki saatlıq gecikmədən sonra təyyarə saat 17:30-da Moskvaya uçub.

Hüquq-mühafizə orqanları baş verən əməliyyatla bağlı hələlik rəsmi məlumat yaymayıblar.
Diaspora