Aygün Attar : "Bayrağımıza atdığınız o yumruq..." ; Şahan Gökbakar özünə qarşı ittihamlara cavab verdi
"Recep İvedik 5" filminin bu günlərdə yayımlanan fraqmanındakı boks səhnəsi ciddi qalmaqal yaradıb. Musavat.com Türkiyənin “Hürriyyet” qəzetinə istinadən xəbər verir ki, bu fraqman Türkiyədə rektor fəaliyyəti göstərən azərbaycanlı professor Aygün Attarın etirazına səbəb olub.Filmin fraqmanı yayımlandığı 14 saat ərzində 2 milyon nəfər tərəfindən izlənib. 17 fevralda nümayiş olunacaq filmə ilk etiraz isə Giresun Universitetinin Azərbaycan kökənli professoru Aygün Attardan gəlib. Attar bildirib ki, cəmi iki gün öncə Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 25-ci ili qeyd edilib və belə bir dönəmdə yayımlanan film fraqmanındakı bir səhnə azərbaycanlı olaraq onu incidib: “Filmin fraqmanında Türkiyə-Azərbaycan münasibətləri adına çox uğursuz səhnələrə yer verilməkdədir. Belə ki, boks yarışmasında Azərbaycanı təmsil edən idmançı ilə rəqibi – Türkiyə milli komandasını təmsil edən şəxslə qarşılaşır.
Azərbaycan bayrağını sinəsində daşıyan idmançı “mən səninlə cəng eləməyə gəlmişəm” deyərək sinəsində ay-ulduzlu şanlı bayrağımız olan türk idmançıya nifrət dolu bir baxış ataraq hücum edir. Türk idmançı (Recep İvedik) ona cavab olaraq “mən də sənin ağzını-burnunu qırmağa gəlmişəm” deyərək, tam Azərbaycan bayrağının üstünə elə bir yumruq atır ki, Azərbaycan türkü iki metr aralıya uçaraq yerə sərilir. Kimsə fimdəki bu səhnənin bir komediya olduğunu və insanları güldürmək üçün edildiyini deyə bilməz.
Aygün Attar
Azərbaycanda “cəng eləmək” kimi bir ifadədən istifadə olunmaz. Savaşmaq, döyüşmək deyilir. Amma Türkiyəyə qarşı bu ifadədən heç vaxt istifadə olunmaz. İşin ucunda ölüm də olsa, kimsə bir azərbaycanlıya Türkiyə ilə cəng etmək istədiyini dedirdə bilməz. Klounluq edərək, ucuz hərəkətlərlə “komediya” çəkməyə çalışan və bunu edərkən xeyli əziyyət çəkdiyi hər halından bəlli olan Şahan Gökbakar da bura daxildir.
İkincisi, nə üçün filmdə Azərbaycan ilə Türkiyə rəqib olaraq qarşı-qarşıya gətirilib, rəqabət içində olan, savaşan iki ölkə olaraq seçilib? Ətrafımızda bu qədər çox rəqibimiz varkən bir millət, iki dövləti təmsil edən qardaşları sırf zarafat olsun deyə rinqə çıxaran və döyüşdürən “zehniyyət” bilməlidir ki, bunun zarafatı belə gözəl deyil. Üçüncüsü və ən önəmlisi, nəinki qardaş, dost, can Azərbaycanın, dünyanın heç bir dövlətinin bayrağına komediya olsun deyə yumruq atılması, aşağılanması qəbul ediləcək davranış deyil. Nəzərə alsaq ki, bir millət iki dövlət olduğumuz Azərbaycanın bayrağının üçüncü sinif bir filmdə bu formada həqarətə məruz qalması qəbul edilməzdir, udulası davranış deyil. Bütün türklər kimi Azərbaycanın da dövlət və millət olaraq bayraq həssaslığını yaxşı hesablayan film yapımçıları isə sırf polemika yaşansın, bununla da filmin havayı reklamı olsun düşüncəsi ilə bu fraqmanlara yer veriblər, ticari gözləntilər ucbatından qardaşlığa ziyan vurmaqdan belə çəkinməyərək, çox ayıb ediblər”.
Azərbaycanlı akademik eyni zamanda onu da deyib ki, özəl sektor tərəfindən hazırlanmış film olsa belə, Azərbaycanda bunu Türkiyə tərəfindən edilmiş yanlış kimi qəbul edə bilərlər: “Filmlə bağlı bütün hüquqi addımlar şübhəsiz ki, atılacaq. Azərbaycan Ermənistanın işğalı altındakı torpaqların geri alınması, Qarabağda şanlı ay ulduzlu bayrağının dalğalanmasl üçün şəhidlər verməyə davam edərkən, özəl sektorun əli ilə edilmiş olsa belə, belə bir həqarəti Türkiyə adından edilmiş olaraq qəbul edər və bu düşüncəsizcə hərəkət düşmən dəyirmanına su tökər.
Türkiyənin bütün ağrılarında Azərbaycan bütün qəlbi ilə onu qucaqadığı, Azərbaycanın barmağına dəyən daşa Türkiyə bir can ağrısı ilə qaçmaqda ikən, bilərək və ya bilməyərək bu münasibətlərə zərər vermək istəyən hər şeydən həssaslıqla uzaq dayanmaq tarixi vəzifədir. Türkiyə Cümhuriyyətinin bütün vəzifəlilərini iki ölkəni 30 ilə yaxındır təmsil edən bir ziyalı olaraq bu məsələ ilə bağlı lazım olan həssaslığın göstəriıməsinə çağırıram. Recep İvedik - 5 filminin yapımçıları, atdığınız o yumruq əslində kimə və nəyə idmət edir, bütün hüquqi addımlar şübhəsiz ki, atılacaq. Amma onsuz da Anadolu qardaşının “ağzının burnunun kırılmasına` və icazə verməz.
Ş.Gökbakarın bu tənqidə reaksiyası isə gecikməyib. İnstaqram hesabından sözügedən səhnənin fotosunu paylaşan aktyor aşağıdakıları qeyd edib: “Biz üzmək üçün yox, güldürmək üçün varıq. Bizdə qardaş ölkəmizə qarşı yanlışlıq olmaz. Fraqmandakı aksiyona görə sadəcə son bölümünü paylaşdığımız bosk səhnəsini başqa tərəfə çəkmək istəyənlər olmasın deyə filmdəki halını paylaşırıq. Azərbaycandakı sevənlərimizə qovuşmağa can atıram. Hamınızı sevirəm”.