Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində qaz xəttində yanğın olub.
Qaziler.az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.Onun sözlərinə görə, hadisə 20:30 radələrində baş verib. “Qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır”, - deyə o bildirib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
SOCAR hadisənin baş verməsini təsdiqləyib.
Xatırladaq ki, 2016-cı il dekabrın 27-də və cari ilin yanvarın 2-də Səngəçal qəsəbəsi ərazisində qaz xəttində partlayış baş verib.