KXCP İran səfirliyinin önündə aksiya keçirdi - Fotolar

KXCP İran səfirliyinin önündə aksiya keçirdi - Fotolar backend

Dekabrın 31-də KXCP İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirib.

Qaziler.az Musavat.com-a istinadən xəbər verir ki, aksiyada 50-yə yaxın partiya üzvü iştirak edib və onlar İrandakı soydaşlarımızın hüquqlarının pozulmasına etirazlarını bildiriblər. Aksiya iştirakçıları "Yaşasın bütöv Azərbaycan!", "Təbriz, Təbriz", "Azərbaycan bir olsun!,- kimi şüarlar səsləndiriblər. Aksiyada polislə insident yaşanmayıb, ancaq səfirlikdən də heç kim aksiya iştirakçılarının qarşısına çıxmayıb. Həmçinin aksiyanın qətnaməsi də qəbul edilməyib.

Partiya təmsilçisi Bəybala Əbil İrandakı türklərin hüquqsuzluğunun pik həddə olduğunu vurğulayıb və buna son verilməsinin vacibliyini də diqqətə çatdırıb.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə musavat.com-a bildirib ki, Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə keçirilən bu ənənəvi aksiya güneydəki azərbaycanlıların hüquqları qorunacağı günə qədər davam edəcək: "Bütöv Azərbaycan yolçuları sözlərini dedilər, tələblərini səfirliyə çatdırdılar. Bu aksiya güneydəki soydaşlarımızın hüquqları bərpa olunana qədər hər il davam edəcək. Həmin gün də yaxındır".
Diaspora