Bakının Badamdar qəsəbəsində partlayış baş verib.
Qaziler.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Badamdar yolu 5 ünvanının qarşısındakı kanalizasiya quyusunda olan kabellərə texniki baxış keçirilən zaman quyuda yığılmış metan qazı partlayıb.Nəticədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom”İB-nin mühəndisləri - 1963-cü il təvəllüdlü Qasımov Namik Mirzə oğlu və Kazımov Fərman Ziyad oğlu yanıq xəsarətləri alıb.
Hər iki şəxsə təcili tibbi yardım göstərilib. Vəziyyəti daha ciddi olan Fərman Kazımov Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.