Berlində dəhşətli hadisə yaşanıb. BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlində Milad yarmarkasına TIR girib. Hadisə zamanı ən az 12 nəfər ölüb, 50-dən çox yaralı var. Səlahiyyətlilər ölü sayının artacağını istisna etmirlər.
Alman polisi hadisənin qəza olmadığını, TIR-ı idarə edən sürücününbilərək yük maşınını yarmarka istiqamətində sürdüyünü söyləyərək, baş verəni terror adlandırıb. Bu qəza 5 ay öncə Fransanın Nice şəhərində meydana gələn və məsuliyyətini İŞİD-in öz üzərinə götürdüyü hadisəni xatırladıb.Belə ki, bu ilin 15 iyulunda Fransanın milli bayramı olan Bastille Gününü qeyd edən kütlənin arasına yük maşını daxil olmuş, nəticədə 86 nəfər ölmüş, 200-dən çox insan yaralanmışdı.
Polis yerli əhalini ola biləcək yeni terrorlara qarşı xəbərdar edib.
Hadisədən dərhal sonra TIR şoferi saxlanılıb.
Qeyd edək ki, İŞİD bu ilin mart ayında Almaniyanı terror hücumları ilə hədələyib.