Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub.
Qaziler.az bildirir ki, "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.Belə ki, "Aqata" şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ağayev Qaraxan Zilfi oğlunu avtomobil vurub. Xəsarət alan Q.Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, Q.Ağayev keçmiş deputatlığa namizəddir. Onun namizədliyi 2010-cu ildə "Qarabağ" bloku tərəfindən irəli sürülüb.
Faktla bağlı araşdırma aparılır.