Maşallah Əhmədov son söz üçün məhkəmədən vaxt istədi

Maşallah Əhmədov son söz üçün məhkəmədən vaxt istədi backend

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə müdafiə çıxışı edən M.Əhmədovun vəkili Samir Abdullayev zərərçəkmiş şəxslərə ziyanın bir hissəsini ödədiyini bildirib və müvəkkilinin barəsində ədalətli qərar çıxarılmasını istəyib. M.Əhmədov isə son sözlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.
Diaspora