Bakıda tələbə qız kirayə qaldığı evi qarət etd — VİDEO

Bakıda tələbə qız kirayə qaldığı evi qarət etd — VİDEO backend

Kirayənişin qız qaldığı evdən oğurluq edib.

Qaziler.az xezerxeber-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində Zəmirə Muxtarovaya məxsus həyət evində baş verib. Zərərçəkmiş Zəmirə Muxtarovanın sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Gülnarə Novruzlu bir neçə gün əvvəl tələbə olduğunu deyərək onlarda kirayədə qalıb.

Kirayənişin səhəri gün ev sahibi Zəmirə Muxtarovanın mağazaya getməsini fürsət bilərək, evi qarət edib və qaçıb. Zərərçəkmiş qadın mağazadan gələndə Gülnarəni nəvəsindən soruşub.

Zəmirə Muxtarovanın sözlərinə görə, ona təxminən 3 min manata yaxın ziyan dəyib. Qadın oğurluqdan xəbər tutan kimi ərazi üzrə 22-ci polis bölməsinə məlumat verib. Əməliyyatçılar hadisə yerinə baxış keçirib, müəyyən izlər götürüblər. Zəmirə xanım evində kirayədə qalan Gülnarə ilə bağlı bildiyi bütün məlumatları, eləcə də sosial şəbəkədə olan şəkillərini polisə təqdim edib. Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb, özünü tələbə və Gülnarə Novruzlu kimi təqdim edən qızın tutulması istiqamətinə əməliyyat keçirilir.

Diaspora