Bakıda məktəblərdən birinin həyətində 43 yaşlı kişi döyülüb.
Qaziler.az bildirir ki, "Report"un xəbərinə görə, Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 254 nömrəli orta məktəbin həyətində 43 yaşlı Beydullayev Əfqan Vahid oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə zəminində Ə.Beydullayev döyülərək ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ə.Beydullayevin dindirilməsi zamanı onun sərxoş olduğu müəyyənləşdirilib.