Moskvadakı Çeremuşkinski bazarında bu gün soyuq və travmatik silahın tətbiqi ilə müşayiət olunan kütləvi qarışıqlıq olub.
Qaziler.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Vzqlyad" qəzeti Rusiya paytaxtının hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb."Şəxsi mühafizə müəssisəsinin əməkdaşları əsasən Azərbaycandan gəlmiş onlarla ticarətçini ərazidən çıxarmağa cəhd ediblər. Amma fəal kütləvi etirazla qarşılaşıblar", - deyə mənbə nəşrə bildirib.
İlkin məlumatlara görə, iki nəfər xəsarət alıb. Onların xəstəxanaya yerləşdirildikləri bildirilir.