Dəhşətli yanğında bir ailə məhv oldu

Dəhşətli yanğında bir ailə məhv oldu backend

Bu gecə paytaxtda dəhşətli yanğın hadisəsi baş verib. Nəticədə bir ailə yanaraq məhv olub. Qonşuların QAZİLER.AZ-a verdiyi xəbərə görə, yanğının söndürülməsinə 10-dan çox yanğınsöndürən maşını gəlsə də, yanan insanları sağ çıxarmaq mümkün olmayıb. Gecə saatlarında baş verən yanğından yananların fəryadı gəlirmiş. QAZİLER.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, Bakı şəhəri, Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların 97 m2 sahəsi yanıb.

Yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Diaspora