Oğurlanan dövlət qeydiyyat nişanları ilə avtomobili idarə etmiş paytxat sakini saxlanılıb.
Qaziler.az bildirir ki, ATV.az-ın məlumatına görə, 2013-cü il yanvarın 27-də Bakı şəhər sakini Müzəffər İsayevə məxsus “VAZ- 2107” markalı avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “Hyundai” markalı avtomobili noyabrın 23-də saat 01 radələrində paytaxtın Babək prospektində hərəkətdə olması DİN-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib və Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə saxlanılıb.Həmin avtomobilin paytxat sakini Elnur Rəhimova məxsus olması müəyyən edilib və sürücüsü ilə birgə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.