Rusiyanın Rostov vilayətində ağır yol qəzası baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Qazel” markalı mikroavtobus və “KamAZ” markalı yük maşınıın toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
İlkin məlumata görə, mikroavtobusun sürücüsü idarəetməni itirib və qarşısında hərəkət edən yük avtomobilinə çırpılıb. Güclü zərbənin təsirindən mikroavtobusda yanğın başlayıb.“KamAZ”-ın sürücüsü mikroavtobusun sürücüsü və iki sərnişinini deformasiyaya uğramış maşından çıxara bilib.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.