Polis şöbəsində saxlanılan şəxs özünə xəsarət yetirdi - Şirvanda

Polis şöbəsində saxlanılan şəxs özünə xəsarət yetirdi - Şirvanda backend

Şirvan şəhər Polis Şöbəsində intihar hadisəsi baş verib.

ATV.az bildirir ki, Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər saatlarında boğazını və qollarını doğrayıb. V. Muradov həddindən çox qan itirdiyi üçün dünyasını dəyişib.

Məlumata görə, təcavüzdə ittiham olunan V. Muradov Sabirabad rayon Polis Şöbəsi tərəfindən saxlanılıb. Sabirabadda təqsirləndirilən şəxslərin saxlanıldığı təcridxana təmir olunduğundan V. Muradov Şirvan rayon Polis Şöbəsində gətirilibmiş.

Faktla bağlı Şirvan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Diaspora