Beyləqanda uşaq bağçasında yanğın olub.
Qaziler.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Beyləqan şəhərində icra hakimiyyətinə məxsus ümumi sahəsi 1600 kv.m olan ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində Füzuli rayon məcburi köçkününün məskunlaşdığı sahəsi 30 kv.m olan 2 otağın yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.Bağça binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.