Azərbaycanlı zəvvarların avtobusu İraqda atəşə tutuldu

Azərbaycanlı zəvvarların avtobusu İraqda atəşə tutuldu backend

Ötən gün İraqın Samirra şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan zəvvarlarının avtobusu da xəsarət alıb. Bu barədə islamazeri.az-a zəvvarlardan biri danışıb. O qeyd edib ki, hadisə zəvvarlar Samirrada ziyarətgahda olan zaman baş verib:

“Partlayış səsi eşidildi. Məlum oldu ki, partlayış zəvvar avtobuslarının olduğu dayanacaqda olub. Azərbaycanlı sürücülər xəsarət almayıb, amma avtobusun birinin şüşələri sınıb. Digər avtobuslardan (Azərbaycandan olmayan, əksəri İran avtobusları) partlayanlar da var. Deyilənə görə, 70-80 nəfər şəhid olub. Bizim zəvvar şirkətinin nümayəndəsinin biri yüngül yaralanıb”.


Diaspora