Türkiyədə polis idarəsini PKK partladıb: 1 ölü, 30-dan çox yaralı

Türkiyədə polis idarəsini PKK partladıb: 1 ölü, 30-dan çox yaralı backend

Türkiyənin Diyarbəkr vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılması nəticəsində 1 nəfər ölüb, 30 nəfərdən çox insan yaralanıb. NTV kanalının yaydığı son məlumatda belə deyilir.

Telekanalın yaydığı başqa bir məlumatda isə qeyd olunur ki, Diyarbəkr vilayətinin Bağlar rayonunda törədilən terror aktına görə məsuliyyəti PKK terror təşkilatı üzərinə götürüb.

* * *10:12

Türkiyənin Diyarbəkır şəhərində güclü partlayış baş verib.

Türkiyə mətbuatı xəbər verir ki, hadisə Diyarbakır şəhərinin Bağlar rayonunda Təhlükəsizlik İdarəsinin binasının qarşısında törədilib.

Türkiyənin Diyarbakır şəhərinin Bağlar rayonunda yerləşən Terrora Qarşı Mübarizə və Çevik Polis Alayının yerləşdiyi binanın qarşısında törədilən partlayış nəticəsində, ilkin məluimata görə, 6 nəfər yaralanıb.

Məlumata görə, partlayış səsi şəhərin bir çox yerlərində eşidilib. Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.

Terror aktının bomba yüklənmiş avtomobil vasitəsi ilə törədildiyi ehtimal edilir. Terrorçular həmin avtomobillə binaya hücum ediblər.

Partlayış Diyarbakırdakı həbsxananın 200 metrliyində törədilib.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb edilib.
Diaspora