Rusiya donanması Aralıq dənizi sularına daxil olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, heyətə "Admiral Kuznetsov" aviadşıyıcısı, "Böyük Pyotr" raket kreyseri və "Vitse-admiral Kulakov" gəmisi daxildir.
Donanmanın bütün lazımı resurslarla təchiz edildiyi qeyd edilir. Rusiya gəmilərini öz limanlarında qəbul etməyən ölkələrə Rusiyanın müdafiə naziri Sergey Şoyqu sərt mesajlar göndərib və onları terrorçulara dəstək verməkdə ittiham edib."Həmin ölkələr deyəsən, Belçikada, Fransada, Misirdə, İraqda, Suriyada ölən günahsızların qatillərini unudubar", - deyə Şoyqu qeyd edib.
Xatırladaq ki, rus donanması Aralıq dənizinə Atlantik okeanın şərqindən həərəkət edərək gəlib.