İstanbulda avtobus dayanacağında 25 min manat (təqribən 50 min lirə) tapılıb.
Qaziler.az bildirir ki, Trend-in "Hürriyyət"ə istinadən verdiyi məlumata görə, pulu tapan Hənifə Öndər sahibinə çatdırılması üçün polis idarəsinə müraciət edib.H.Öndər bu barədə sosial şəbəkədə paylaşaraq yazıb: "Pulun sahibi ilə tanış olmaq istərdim. Ümid edirəm ki, para sahibinə çatacaq".
Polis araşdırmaya başlayıb.