Türkiyədə 4 general sərbəst buraxıldı

Türkiyədə 4 general sərbəst buraxıldı backend

Türkiyədə 15 iyul hadisələrindən sonra həbs edilmiş yüksək rütbəli hərbçilərdən bəziləri sərbəst buraxılıb. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, generallar Veli Yıldırım, Şener Yazıcıoğlu, və Ali Akyürek, eləcə də admiral Ömer Mesut Ak məhkəmə qərarı ilə sərbəst buraxılıb.


Vəkillər digər generalların də azad edilməsini məhkəmədən tələb etsələr də, bu reallaşmayıb.

Qeyd edək ki, adları yuxarıda qeyd edilən yüksək rütbəli hərbçilərin çevriliş cəhdində iştirakı ilə bağlı dəlil əldə edilməyib.
Diaspora