Gecə Abşeronda iş adamı yaşadığı evin yaxınlığında güllələnərək qətlə yetirilib.
Polis əməliyyat-axtarış tədbirləri ilə 41 yaşlı şəxsi öldürüb qaçan şəxsi saxlayaraq istintaqa cəlb edib. Bakıda isə ana 5 yaşlı oğlunu boğaraq öldürüb.İş adamı ilə mübahisə edən gənc ağır cinayət törədib.
O, özündən 16 yaş böyük şəxsi güllələyərək qətlə yetirib. Qanlı hadisə Abşeronda Qobu qəsəbəsində baş verib. Qobu sakini 41 yaşlı Rövşən Abbasov yaşadığı evin yaxınlığında güllələnib. Hadisə yerinə rayon polis və prokurorluq əməkdaşları gəlib araşdırmalara başlayıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 25 yaşlı Tural Əlizadə şübhəli şəxəs qismində saxlanılıb. Saxlanılarkən ondan cinayətdə istifadə etdiyi ``vinçestr`` tipli ov tüfnəgi aşkar edilib. İfadəsi hadisə yerində yoxlanılarkən Tural Əlizadə mərhum Rövşən Abbasovla kafedə mübahisə etdiyini bildirib.
Qətlin, hər 2 şəxs arasında ədavətin olmasına görə baş verdiyi ehtimal edilir.
Bakıda isə ana 5 yaşlı oğlunu öldürüb. Hadisə Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində baş verib. 33 yaşlı Nazilə Qulubəyova 5 yaşlı oğlu Fərid Qulubəyovu boğaraq öldürüb. Sosial şəbəkə və bəzi saytlarda yayılan iddialara görə, qadın ``Yehovanın şahidləri`` dini təriqətinin üzvü olub. Belə ki, Nazilə Qulubəyova ``pis ruhları çıxartmaq`` üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb. Amma Yasamal rayon prokurorluğundan verilən məlumata görə, Nazilə Qulubəyovanın ehtiyatsızlığı nəticəsində 5 yaşlı oğlu Fərid Qulubəyov boğub.
Hər iki Faktla bağlı cinayət işi başlanıb.