Moskva Şəhər İstintaq İdarəsində şok yaşanıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, “Şakro Molodoy” ləqəbli məşhur qanuni oğru Zaxari Kalaşovun cinayət işinin materialları müəmmalı şəkildə yoxa çıxıb.
Məlumata görə, həmin materiallarda “Şakro” və ətrafı barədə hədə-qorxu ilə pul tələb etməkdən tutmuş, qətlə qədər işlər toplanıbmış.