Bakıda şok intihar: 670 bal toplayan tələbə özünü öldürdü

Bakıda şok intihar: 670 bal toplayan tələbə özünü öldürdü backend

Bakıda dəhşətli intihar hadisəsinin bəzi təfərrüatları məlum olur. Sputnik.az-ın məlumatına görə, tələbənin atası Maarif Abbasov bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. O, istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: "Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".

Qeyd edək ki, H.Abbasov ali məktəbə qəbul olarkən 670 bal toplayıbmış.

* * *11:02

Paytaxtda intihar hadisəsi baş verib.

Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb.

Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Diaspora