ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 21-ə çatdı

ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 21-ə çatdı backend

ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 21-ə çatıb. APA TV-nin ABC News-a istinadən verdiyi xəbərə görə, qasırğanın yaratdığı sel və daşqınlar nəticəsində Şimali Karolina ştatında 9 nəfər ölüb, 4 nəfər itkin düşmüş hesab edilir.


Təbii fəlakət nəticəsində yaşayış evlərinə ciddi ziyan dəyib, yollar yararsız vəziyyətə düşüb, məktəblər bağlanıb.

Virciniya ştatında külək ağacları qırıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib.

Bu arada Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 1000 nəfərə çatıb.

Son dəfə ölənlərin sayının 877 nəfər olduğu açıqlanmışdı. Qasırğa nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Təbii fəlakətlə əlaqədar oktyabrın 9-a təyin edilmiş prezident və parlament seçkiləri təxirə salınıb.

“Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.



Diaspora