Dünən keçirilən Azərbaycan - Norveç matçına gedən zaman körpüdən yıxılan Zahidov Nahid Hafiz oğlunun vəziyyəti ağır olaraq qalır.
Qaziler.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə futbol11.az-a 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.Zahidovun həkimi Aydın Kazımov xəstənin diaqnozn açıqlayıb: “Xəstəyə qara ciyərin cırılması, dalağın partlaması, sidik kisəsinin cırılması, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu qoymuşuq”.
Həkim qeyd edib ki, onun həyatı üçün təhlükəs davam edir: “Xəstə hazırda reanimasiya şobəsinə yerləşdirilib. Həyatı üçün təhlükə ondan ibarətdi ki, çoxlu orqanlarda zədələnmələr var. Hər şeyi valideyinlərinə də başa salmışıq. Şükür allaha ki, hələlik salamatçılıqdı. Əməliyyatı 3 saatdan yuxarı davam edib”.
Qeyd edək ki, əslən Lerik rayonundan olan olan Nahid hərbi xidmətdən yeni gəlib. O, ailənin iki övladından biridi. Bir bacının qardaşı olan Zahidov Koperasiya Universitetinin məzunudu.