Hərbi xidmət əlili Cəmil Məmmədov oktyabrın 6-da benzin tökərək özünü yandırıb. O, 5 saylı xəstəxananın yanıq şöbəsindədir. Yaxınlarının sözlərinə görə, bədəninin 80 faizi yanıb. Həkimlər vəziyyətinin ağır olduğunu bildirib. Bu barədə QAZİLER.AZ Meydan tv-yə istinadla xəbər verir.
Anası Səlimə Məmmədova deyir ki, oğlunun maşınını cərimə meydançasına aparılıb. Cərimələrinin silinməsi üçün ondan yüksək məbləğdə rüşvət istəyiblər:"Pul istəyiblər. Oğlum verə bilməyəcəyini deyəndən sonra təhqir ediblər. Özünü yandıranda heç kim köməyə gəlməyib".