“Jurnalistlər“ iki qardaşı şantaj edərkən yaxalandılar - ŞƏKİDƏ

“Jurnalistlər“ iki qardaşı şantaj edərkən yaxalandılar - ŞƏKİDƏ backend

Şəkidə özlərini jurnalist kimi təqdim edərək dələduzluqla məşğul olan Gəncə sakinləri saxlanılıb. Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, özlərini jurnalist kimi təqdim edən şəxslər Şəki Şəhər-Rayon Polis Şöbəsinə Şəki rayon sakinləri olan və Şəki şəhərində ticarətlə məşğul olan Fərman və Sərxan Rəsulov qardaşlarından şantaj yolu ilə pul alıblar.


Şəki ŞRPŞ-nin əməliyyat-axtarış qrupunun əməkdaşları məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində özlərini jurnalist kimi təqdim edənlərin Gəncə şəhər sakinləri 1978-ci il təvəllüdlü Hüseyn Rəfi oğlu Hüseynov və 1977-ci il təvəllüdlü Rəfail Teymurad oğlu Qocayev olduğu müəyyən edilib. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

Aparılan ilkin istintaq zamanı məlum olub ki, qardaşlardan şantaj etmə yolu ilə ümumilikdə 242 manat pul alıblar.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, Hüseyn Hüseynov və Rəfail Qocayevin Şəki rayon ərazisində digər cinayətlərdə iştirak edib etməməsi araşdırılır.
Diaspora