Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası baş verib.
Qaziler.az Report-a istinadən bildirir ki, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.
Xəsarət alan şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.