“Bütövlükdə istintaq 280 epizod üzrə aparılır”.
“Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində istintaq davam etdirilir”.Qaziler.az “Report”-a istinadən xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütövlükdə istintaq 280 epizod üzrə aparılır: “Cinayət işinin biri məhkəməyə göndərilib, digərləri ilə bağlı isə istintaq davam etdirilir. İstintaqın nəticəsində hansı şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırsa, onlar məsuliyyətdən kənarda qalmayacaqlar”.