Qatar vağzalın platformasına çırpıldı: 3 ölü, 100 yaralı

Qatar vağzalın platformasına çırpıldı: 3 ölü, 100 yaralı backend

ABŞ-ın Nyu-Cersi ştatında elektrik qatarının qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, azı 100 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Hoboken şəhərində baş verib.

Yüksək sürətlə hərəkətdə olan elektrik qatarı vağzalın platformasına çırpılıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti kritikdir.

Qəzanın səbəbləri araşdırılır.