Sentyabrın 24-də Quba rayonunun Xınalıq kəndinə ilk qar yağıb.
Qazile.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-ın müxbirinə Xınalıq kənd sakinləri məlumat verib.Qısa müddətdə yağan qar yeri nazik ağ örpəyə bürüyüb. Qardan sonra kəndə qısamüddətli dolu yağıb.
Qeyd edək ki, Xınalıq kəndi dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşir.


