Bakıda baş verən qətlin səbəbi məlum olub.
Qaziler.az bildirir ki, "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Xətai rayonu ərazisində Füzuli rayon sakini Laçın Teymurov avtomobili ilə Bakı şəhər sakini Fərid Məmmədovun çalışdığı avtoyuma məntəqəsinə daxil olub.Bu vaxta qədər dostluq edən şəxslər zarafatlaşıblar. Zarafat zamanı F.Məmmədov L.Teymurovun anasını təhqir edib. O, bunu "zarafat" məqsədi ilə etdiyini deyib. Lakin L.Teymurov bu hərəkətdən əsəbləşib.
Bir neçə saat sonra L.Teymurov digər dostlarını çağırıb və F.Məmmədovun yaşadığı ünvana gedib. Yenidən yaşanan mübahisə zamanı tərəflər əlbəyaxa olublar. Dava zamanı L.Teymurov F.Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub.