Ötən gün dənizdə boğulan neftçinin meyiti tapılıb.
Bu barədə APA-ya məlumat verən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib ki,Əliyev Musa Əhməd oğlunun meyiti bu gün ailəsinə təhvil veriləcək.Qeyd edək ki, ötən gün Xəzər dənizində bədbəxt hadisə baş verib.
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub. Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir.