“Kərimovu yaşatmaq üçün 2 briqada göndərdik”

“Kərimovu yaşatmaq üçün 2 briqada göndərdik” backend

Özbəkistanın mərhum prezidentini son günlərində rusiyalı həkimlər müalicə ediblər. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova söyləyib. Onun sözlərinə görə, Kərimovun həyatının xilası üçün Özbəkistana iki həkim briqadası göndərilib:

“Onlar uzun müddət fəaliyyət aparıb, Kərimovun həyatının xilası üçün çalışdılar. Özbəkistana yollanan komandalardan birinə məşhur cərrah Leo Bokeriya rəhbərlik edib”.

Qeyd edək ki, İslam Kərimov sentyabrın 2-də vəfat edib.
Diaspora