Qusarda Qarabağ əlilinə qarşı quldurluq

Qusarda Qarabağ əlilinə qarşı quldurluq backend

Redaksiyamıza Qusar rayonunda yaşayan Qarabağ Qazisi Nəriman Pirəliyevin şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, Qarabağ qazisi Nəriman Pirəliyev bu il iyulun 10-da öz həyətində evinin üstünə tökülmüş “Kristal” adlı kafenin tullantılarını yandırıb. Bu vaxt polisdə işləyən mühasib Bəxtiyar adlı şəxs ora yanğınsöndürənləri çağırıb. Yanğınsöndürənlər gəlsə də, heç bir yanğının olmadığını görüblər və onlara yalan məlumat verildiyinin şahidi olublar.

Bu zaman həyətinə daxil olan mühasib Bəxtiyarı və yanğısöndürənləri görən Qarabağ qazisi onlara tərəf gedib. Onun həyat yoldaşı isə qucağında 7 aylıq körpə tutmuş vəziyyətdə həyətə soxulan polisdə işləyən mühasib Bəxtiyar adlı şəxsi həyətdən çıxarmaq istəyib. Bu vaxt Bəxtiyar adlı şəxs Nəriman Pirəliyevin həyat yoldaşını şilləylə vurub. 2-ci şillə isə qadının qucağında olan körpəyə dəyib. “Mən tez uşağı götürdüm və yanğınsöndürənlərə verdim. Bəxtiyarın üstünə gedən vaxt Bəxtiyarın qeyri-qanuni yaşadığı Maisə adlı qadın araya girərək yoldaşımın saçından tutub sürüdü. Bəxtiyar özü də təpiklə yoldaşımın qarnından vururdu. Məni isə yanğınsöndürənlər tutmuşdular”.

Yanğınsöndürənlərin əlindən çıxan Nəriman Pirəliyev həyat yoldaşını onu döyənlərin əlindən xilas etməyə çalışıb, bu vaxt adıçəkilən kafeni işlədən Elmar adlı şəxs də onlara hücum edərək Qarabağ qazisini yumruqla vurub. Həyat yoldaşının vəziyyətinin pis olduğinu görən N.Pirəliyev onu evə apararaq təcili yardım və polisə zəng vurub. Təcili yardım gəlsə də, 102 xidmətindən heç kim hadisə yerinə gəlməyib.

Şikayətçi daha sonra yazır: “ 4 dəfə 102 qaynar xəttinə zəng vurdum, axırınci dəfə zəng vuranda Qusar rayon polis şöbəsindən mənə zəng gəldi. Baş Leytinant Samir Çobanov idi. Dedi ki, xəstəni götürün polis şöbəsinə gətirin. Həkimlər isə icazə vermədilər. Polis də “biz hadisə yerinə gəlmirik” – cavabını verdi!! Təcili yardım məlumat verdi ki , siz gəlməsəz, biz gedə bilmərik.Yarım saatdan sonra polis gəldi, izahatlar alındı və çıxdı getdi. Sonra tədgiqatı Bəxtiyarln xeyirinə yazaraq məni günahkar çıxarıblar”.

Qarabağ qazisi məktubunda bildirir ki, avgustun 11-də məhkəmə olub. “Heç bir şahid olmadan və bizi dindirmədən məhkəmə qərar verdi. 300 manat məbləğində bizi cərimə elədi”. Çox maraqlıdır ki, polisin tədgiqatı ayın 12 –də dəftərxanaya verilib. Avqustun 14-də isə N.Pirəliyevə çatıb. Məhkəmə isə ayın 11-də olub. Bu günkü gündə polis işçiləri, məhkəmə işçiləri, prokurorluq işçiləri bu işə düzgün baxmır. Qarabağ qazilərinin hörməti budurmu? Qusar rayonunda nə şəhid ailələrinə, nə Qarabağ əlillərinə hörmət yoxdur. Prezidəntimizin qoyduğu qanunlar kobudcasına pozulur”.

P.S. Baş verən hadisəylə bağlı qarşı tərəfin də fikrini yaymağa hazırıq.
QAZİLER.AZ

Diaspora