Cahangir Hacıyevin milyonçu sürücüsü

Cahangir Hacıyevin milyonçu sürücüsü backend

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Qaziler.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində Kamilə Hüseynova ifadə verib. O, təqsirləndirilənlərdən Azad Cavadovu tanıdığını və həyat yoldaşının uşaqlıq rəfisəqi olduğunu bildirib: "2011-ci ildə Azad yoldaşıma dedi ki, bankda sənədlərə qol çəkmək lazımdı. Nəyə yol çəkdiyimi "Bandotdel”ə çağırılanda bildim”.

Prokuror bildirib ki, K. Hüseynovanın adına 757 min 500 kredit götürülüb. Heç bir məbləğ də ödənilməyib. Həmin kreditin 666 min manat faiz borcu da var.

Sürücünün sözlərinə görə, istintaq vaxtı məlum olub ki, onun adına 11 milyon 928 min dollar kredit götürülüb, hara xərcləndiyini bilmir və kreditlərə görə pul ödəməyib. Həmçinin iclasda məlum olub ki, 2009-cu ilin yanvar ayından 2013-cü ilə kimi onun adına üç ədəd plastik kart götürülüb. Həmin kartlarda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat olub. Sürücü həmin kartlardan xəbəri olmadığını, indiyə kimi bir dəfə sənədlərə qol çəkdiyini deyib.
Azad Cavadovun əmisi oğlu Tofiq Cavadov şahid qismində dindirilib. O da oxşar ifadə verərək bildirib ki, Azad Cavadovunxahişi ilə bankın Suraxanı filialında sənədlərə qol çəkib. Prokuror bildirib ki, həmin kredit 750 min manat olub. Həmin kredit üzrə 680 min əsas, 289 min faiz borcu qalır.

Daha sonra Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyev ifadə verib. O deyib ki, 1997-ci ildən 2008-ci ilə qədər Cahangir Hacıyevin sürücüsü işləyib: "Mənə Mərkəz filialının rəhbəri Anar Sultanov zəng etdi ki, gedib sənədlərə qol çəkim. Cahangir Hacıyevdən soruşdum. Cahangir müəllim dedi ki, proyektlərlə bağlıdır, imzalayım. Mən də onun dediyini etdim”.

Prokurorun suallarını cavablandıran şahidin sözlərinə görə, istintaq vaxtı məlum olub ki, onun adına 11 milyon 928 min dollar kredit götürülüb, hara xərcləndiyini bilmir və kreditlərə görə pul ödəməyib. Həmçinin iclasda məlum olub ki, 2009-cu ilin yanvar ayından 2013-cü ilə kimi onun adına üç ədəd plastik kart götürülüb. Həmin kartlarda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat olub. Şahid həmin kartlardan xəbəri olmadığını, indiyə kimi bir dəfə sənədlərə qol çəkdiyini deyib.


Cahangir Hacıyev bildirib ki, kreditlər sürücüsünə onun göstərişi ilə verilib və layihələrə xərclənib.

Hazırda Beynəlxalq Bankda idarə heyəti sədrinin müşaviri olan Emil Mustafayev də ifadə verib. O, 1994-cü ildən bankda müxtəlif vəzifələrdə, o cümlədən İdarə Heyəti sədrinin birinci müavini işləyib. İttihamda yer alan 157 kredit və VİP kreditlərlə bağlı şahid bildirib ki, həmin kreditlər Cahangir Hacıyevingöstərişi ilə verilib. O bildirib ki, kreditlərin verilməsi qanunsuz olub və bununla bağlı Cahangir Hacıyev işdən çıxarıldıqdan sonra Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib.

Emil Mustafayev əlavə edib ki, VİP kreditlərCahangir Hacıyevin özünə, ailə üzvlərinə və yaxınlarına verilib: "Bu cür kreditlər əslində İdarə Heyətində təmsil olunan şəxslərə və ya yaxınlarına verilərkən bankın Müşahidə Şurasının yekdil qərarı olmalıdır. Ancaq bu barədə həmin qərarlar olmayıb. Digər iri həcmli kreditlər də təminatla verilməli olsa da, Cahangir Hacıyevin göstərişi ilə təminatsız verilib. Həmin kreditlərin məqsədi barədə bizə məlumat verilməyib. Göstərişə əsasən yalnız rəsmiləşdirilib və filiallar üzrə göndərilib”.

Daha sonra vəkillərin suallarını cavablandıranşahid C. Hacıyevin həbsindən sonra DİN-ə müraciət etməsini belə izah edib: "Rəhbərlik belə göstəriş verirdi. Cahangir Hacıyev göstərişlərə əməl etmədiyinə görə filial müdirlərindən biri Cəlil Daşdəmirov işdən çıxarmışdı”.


Məhkəmə prosesində fasilə elan edilib.

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, "İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Diaspora