Avqustun 30-da 1 saylı şəhər xəstəxanasında Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu, 30 yaşlı Babayeva Dilarə Aydın qızının ölümü ilə bağlı cinayət işi açılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, ölüm faktı iləı bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb. Ölümün səbəbi araşdırılır.
Qeyd edək ki, ilkin olaraq zəhərlənmə şübhəsi ilə xəstəxanaya gətirilən və 36 həftəlik hamilə olan D.Babayeva tibbi müdaxiləyə baxmayaraq vəfat edib. Onun bətnindəki körpəsi də tələf olub.
*****
31 avqust
Bakıda bətnindəki 36 həftəlik körpəsi ilə vəfat edən 30 yaşlı Dilarə Babayevanın pilot olduğu üzə çıxıb. Lent.az femida.az-a istinadən xəbər verir ki, D.Babayeva Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu olub.
1986-cı il təvəllüdlü Dilarə Aydın qızı Babayeva kapitan imiş.
Qeyd edək ki, D. Babayeva dünən zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. Qadını və körpəsini xilas etmək mümkün olmayıb.
Dilarə Babayeva bu gün Qubada dəfn edilib.
*****
14:04
Bətnindəki 36 həftəlik uşağı ilə dünyasını dəyişən Babayeva Dilarənin meyiti dünən ekspertiza müayinəsindən keçirilib.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a verilən məlumata görə, 30 yaşlı qadının beynində qansızma əlamətləri müşahidə olunub. Bunun nə ilə bağlı olduğu dəqiqləşdiriləcək. Ölümün zəhərlənmə ilə bağlı olma ehtimalı çox azdır. Dəqiq ölüm səbəbi bütün laborator müayinələr aparıldıqdan sonra bəlli olacaq.
12:50
***
Bakıda hamilə qadın vəfat edib. Lent.az-ın məlumatına görə, ilkin olaraq zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil olan 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının həyatını xilas etmək mümkün olmayıb. 30 yaşlı qadınla birgə bətnindəki 36 həftəlik körpəsi də ölüb.
Faktla bağlı araşdırma aparılır, zəruri ekspertizalar təyin edilib.