Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin şimal-şərqində yerləşən anbarda yanğın baş verib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 16 nəfər ölüb, 4 nəfər xəsarət alıb.Ölənlərin hamısının MDB ölkələrinin vətəndaşları olduqları bildirilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə idarəsi faktı təsdiqləyib. Yanğın baş verən anbarın "Peçatnıy ekspress" mətbəəsinə məxsus olduğu açıqlanıb.
Yanğın söndürülüb.